Son iki ildə Azərbaycan KİV-də dəfələrlə məşhur qəhvə şəbəkəsi "Starbucks”ın Bakıda açılacağı barədə yazılıb.


Amma nəticədə bu məlumat öz təsdiqini tapmırdı. 

İndi isə informasiya həqiqətə uyğuna bənzəyir. Belə ki, Facebook-da Port Baku Mall Ticarət mərkəzində çəkilən şəkillər yayılıb. Şəkildə ticarət mərkəzində "Starbucks” emblemi olan lövhənin peyda olması görünür.

Qeyd edək ki,daha öncə "Starbucks” mağazasının Bakıda məhz 2015-ci ildə açılacağı  xəbər verilmişdi.
 

 

Mənbə: Oxu.az 

BAKU.WS