SİZİN REKLAM BURADA!
055 213 76 73


                               
"Mələk üzlü Əfsanəni "Vağzalı” sədaları altında evimizdən gəlin köçürdük. İlk dəfə idi evimdən gəlin köçürürdüm. Çox duyğulu anlar yaşadıq”.
 
BAKU.WS-in məlumatına görə, bunu evindən gəlin köçürən millət vəkili Qənirə Paşayevaya yazıb. Millət vəkilli ailə quran gənclərin "Ümid Yeri” valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacaqda böyüdüklərini bildirir:
 
"Əfsanə və Elşən. Bir-birilərini seviblər və bu gün gözəl bir ailə qurdular. Gözəl Əfsanəyə həyat yoldaşı ilə bir ömür mutluluq dilədik. Allah hər zaman onlara yardımçı olsun, xoşbəxt olsunlar, gözəl övladları olsun. Nigar xanımın gözləri aydın olsun. Bütün dostlara Nuranə Gülər, Aybəniz Haşımovaya, əməyi olan hər kəsə və bu gün gözəl qızımızı bizimlə birlikdə yola salmağa gələn bütün insanlara təşəkürlər", - deyə deputat qeyd edib. 
 
Nazim Babayev
BAKU.WS