VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə” yarışını tərk edib.

BAKU.WS-in məlumatına görə, Aynişan bu barədə öz "İnstagram” hesabında yazıb. Gənc müğənni yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu söyləyib.
 
""O səs Türkiyə" yarışmasında Azərbaycanı bacardığım qədər gözəl təmsil etməyə çalışdım və bunun üçün zəhmətimi əsirgəmədim. Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasını həyatımın sonuna gədər unutmayacağam. Mənim sevdiklərim, məni dəstəkləyən bütün insanlar, hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmacılarımız var, gəlin onlara hər tərəfli dəstək olaq”,- deyə Aynişan əlavə edib. 

Xatırladaq ki, Aynişan müsabiqədə "Gəl ey səhər” adlı mahnını oxuyub və Murad Bozun komandasını seçib.
 
BAKU.WS