VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Milli Məclisinin deputatı Qənirə Paşayeva Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ailəsi ilə görüşüb. 
 
BAKU.WS-in məlumatına görə, millət vəkili bu barədə öz Facebook səhifəsində yazıb. Xanım deputat Ramil Səfərovun ailəsi ilə birlikdə fotosunu da paylaşıb: 
 
"Dəyərli qardaşım Ramillə gözəl bacım Şəbnəmin dünya gözəli və şirin-şəkər qızları Sevgi bu gün bizə gözəl bir gün yaşatdı. Ağıllı, sevimli Sevgi sevgi dolu bir uşaqdır. inşallah atalı-analı və mutlu böyüsün və hər zaman əziz valideynlərini, əzizlərini və Qənirə xalasını öz mutluluğu ilə sevindirsin".
 
BAKU.WS