SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sabah Bakıda hava küləkli olacaq, temperatur isə ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 6-da dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
 
BAKU.WS