SİZİN REKLAM BURADA!
055 213 76 73


 
BAKU.WS bu günün ulduz falını təqdim edir:


QOÇ - Yenilikləri dəyərləndirin. Öz işinizlə məşğul olun. Bu gün keçiriləcək görüşlər və danışıqlar uğursuz ola bilər. Mühüm saydığınız işlər diqqət tələb edəcək. Bu gün qoç bürcü altında doğulan qadınların günüdür.


BUĞA -Bu gün yarımçıq qalan işi başa vurun. Münasibətlərinizi qaydaya salmağı da unutmayın, bəzi əlaqələrinizi genişləndirməyiniz məsləhətdir.


ƏKİZLƏR - Eşidəcəyiniz xəbər sizi həyəcanlandıracaq. Bu gün böyük məbləğli pul xərcləməyin və yaxud borc götürməyin. İdeyalarınızı reallaşdırmaq baxımından əlverişli gündür.


XƏRÇƏNG -Tənha qalmaq istəmirsinizsə, maraqlı insanların arasında olmağa çalışın. Maraqlı və ya sərfəli məqamlardan yararlanın. Yeni planlar qurmaq üçün əlverişli zamandır.


ŞİR -Tələsik qərarlar qəbul etməyin. Mühüm işlərinizi günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında bu işlərin bəziləri baş tutmaya bilər. Səhhətinizə fikir verin. Qida rasionunuza diqqət yetirin.


QIZ - Bu gün hər işinizi planlı görün. Axşam saatlarını dostlarla keçirmək olar. Romantik münasibətlərdə tələsməyin, hadisələrin inkişafına müdaxilə etməyin.
TƏRƏZİ - Enerjinizi boş söhbətlərə tükətməyin. Yaxşı olar ki, mühüm işləri icra edəsiniz. Şəxsi münasibətlərdə inkişaf gözlənilir.


ƏQRƏB - Mübahisə, münaqişə yaradacaq olaylardan uzaq durun. Qayda-qanuna riayət etsəniz çətinliyə də düşməzsiniz. Yaxınlardan yardım istəmək olar.


OXATAN - Cari məsələləri həll edin. Çalışın ki, bu gün kimsənin xətrinə dəyməyəsiniz. Problemlərinizi yaxınların üstünə atmayın. Düşdüyünüz durumdan çıxış yolu tapın.


OĞLAQ -Işdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Işgüzar və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Bu gün qəti qərarlar verməyə tələsməyin.


DOLÇA - Bu gün faydalı işlər görəcəyiniz istisna deyil. Gözlənilməz qonağın gəlişinə hazır olun. Problemlərin həlli baxımından da əlverişli və məhsuldar gündür.


BALIQLAR - Böyük ümidlər bəslədiyiniz planların reallaşdırılmasını bu günlük təxirə salın. Ünsiyyət dairənizi genişləndirin. Gələcəklə bağlı planlarınızda dəyişikliklər etməyiniz tövsiyə olunur.

Ziya Səccad
BAKU.WS