SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Aytən Səfərova Bakı metrosundan şikayətlənib. 
 
BAKU.WS xəbər verir ki, metrodan istifadə edən aparıcı fikirlərini "Facebook” profilində yazıb:

"Bakı Metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər metrostansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz. 
 
Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi deyilən şey yoxdur. Camaat sanki yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Havalandırma sistemini düzəldin, insanlara belə zülm verməyin. Bu qədər işlər görülür, amma kiçik mənfi hal bu boyda işi kölgədə qoyur”.
 
Aysel.Ş
BAKU.WS