SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İndiyə kimi aşkarlanan ən böyük mirvaridən beş dəfə böyük olan mirvari tapılıb.
 
BAKU.WS-in məlumatına görə, 100 milyon dollar dəyərində olduğu təsbit edilən mirvari 34 kq ağırlığındadır. 60,96 santimetr uzunluğundakı nəhəng mirvari Filippinin Palavan adasındakı Puerto Prinsesa şəhərində kasıb bir balıqçı tərəfindən tapılıb.

Qeyd edək ki, mirvarilər canlı varlıqlar — molyusklar tərəfindən yaranır. Əslində balıqqulağıyla molyusk istənilən mirvarini böyüdə bilər amma sədəf mirvari təbiətdə çox nadir rast gəlinir. Məsələ ondadır ki, belə mirvarinin yaradılması üçün kənardan müdaxilə lazımdır — hər hansı qıcıqlandırıcı (qum zərrəsi, parazit və s.), hansı ki, molyusk sözün əsl mənasında sədəfin daxilində diri-diri dəfn edir. Nazik incə sədəf pərdələr bir-birinin ardınca lay-lay yığılır, buna görə də mirvari alınır. 
 
Məlum olan ən köhnə mirvarinin sahibi Elizabeth Teylor olub. Armudşəkilli, 55,95 karatlıq mirvari Mirvari adalarında XVI əsrdə aşkarlanıb. 
 
 
Şahin Həbibov
BAKU.WS