SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İŞİD terror təşkilatı yeni edam üsulundan istifadə edib. 

BAKU.WS məlumat verir ki, İŞİD komandiri Lavdrim Muhaceri İraqın Anbar vilayətində 4 İraq əsilli hərbiçini ayaqlarından asaraq diri-diri yandırıb.

Daha sonra həmin edamın şəkilləri sosial şəbəkələrdə paylaşılıb. Lavdrim Muhaceri Twitterdə diri-diri yandıraraq öldürdüyü 4 şiə əsgərlə bağlı bir neçə ay öncə İŞİD-ə qoşulduqlarını və əks tərəfə məlumat sızdırdıqlarını yazıb.

Muhaceri bildirib ki, İŞİD-ə qarşı olan hər kəsin sonu belə olacaq.
 
Ayşən Ayxan
BAKU.WS