SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  

 

Bütün dünya danimarkalı polisdən danışır.

 

BAKU.WS məlumat verir ki, Suriyadan Danimarkaya gələn balaca suriyalı qızla oynayan polis qısa müddətdə məşhur olub.


BT qəzetinin müxbiri Klaus Fiskerin çəkdiyi şəkili görən qadınlar polisə məktublar yazaraq ona evlənmək təklifi edirlər. Danimarkalı Polisin suriyalı qıza gülərüz və sevgi ilə yanaşması qadınları ovsunlayıb.


BT qəzeti qadınlardan birinin məktub yazaraq "mən bu polisi tanımıram, amma ona görə mən də sərhədləri aşaram. Həm çox yaraşıqlıdır, həm sevimli” dediyini qeyd edib.


Sosial şəbəkə istifadəçiləri danimarkalı polislərin Amerika polislərindən daha insaflı və insansevər olduğunu yazıblar.

 
Ayşən Ayxan
BAKU.WS