SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Türkiyədə 24 barmaqlı uşaq dünyaya gəlib.

 
BAKU.WS-in məlumatına görə, Mardinin Kızıltepe bölgəsində yaşayan qadın uşağını sətəlcəm olduğu üçün xəstəxanaya aparıb. Həkimlər 4 aylıq körpəni görəndə şok olublar. Belə ki, Gülüstan və Ramazan Alıcıoğlu ailəsinin Miray adlı körpəsinin əl və ayaqlarında 6 barmaq olduğu məlum olub.
 
Kızıltepe Dövlət Xəstəxanasında uşağa sətəlcəm diaqnozu qoyulub. Həkim Natiq Kılıç 100 min canlıdan 8-də rast gəlinən bu qeyri-adi hadisənin hansısa xəstəlik səbəbindən baş verdiyini bildirib. 
 
"Xüsusilə cütlüklərdə ürək və böyrək xəstəlikləri uşaqlarda bu cür xəstəliklər yaradır. Xəstəlik uşağın hərəkətlərinə maneə olmadığı müddətcə cərrahi müdaxiləyə ehtiyac yoxdur", - deyə həkim söyləyib. 
 
ŞAHİN Həbibov
BAKU.WS