SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Minskdə azərbaycanlı gənc öz sevgilisinə qeyri-adi evlilik təklifi edib.

BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, azərbaycanlı Vüsal Qarayev sevdiyi xanıma - Sevincə sürpriz evlilik təklifini əvvəlcədən hazırlayıb.

Şəhərə gəzməyə çıxan cütlük mərkəzə - sakinlərin daha sıx olduğu rəqs meydanına çatanda Vüsal bir neçə dəqiqəlik qızdan uzaqlaşaraq onu gözləməsini xahiş edib. Bu zaman meydana Qafqaz rəqsləri ifa edən rəqqaslar gəliblər. Bir neçə dəqiqədən sonra meydana qara atın belində Vüsal daxil olub və rəqs edərək Sevinc xanıma evlilik təklif edib.

Vüsal Sevinclə eyni məktəbdə, daha sonra aspiranturada təhsil alıb. O bildirib ki, Sevincin razılığından sonra bir neçə həftə ərzində ailə üzvləri və yaxınların iştirakı ilə nişanlanacaqlar. Daha sonra 300-400 nəfərlik möhtəşəm toy mərasimi olacaq.
 
BAKU.WS