Dünyanın ən hazırlıqlı xüsusi təyinatlıları (FOTO)

Dünyanın ən hazırlıqlı xüsusi təyinatlıları (FOTO)
Şou-biznes 2269

Dünya ölkələri üçün hərb sahəsi həmişə ən prioritet sahə olaraq qalıb.  BAKU.WS-in məlumatına görə, bu səbəbdən də, ölkələr hərbi sahəyə xüsusi diqqət ayırıblar. Bütün dövlətlər çalışırlar ki, sərhədlərini qorumaq, ölkədə sabitliyi nəzarətdə saxlamaq üçün güclü orduya malik olsunlar. Əsasən də, inkişaf etmiş ölkələr öz güclərini göstərmək və digər dövlətlərə diqtə etmək üçün xüsusi hazırlığa malik peşəkar ordu yaradıblar. ABŞ, Britaniya, Rusiya, Fransa, Türkiyə və s. ölkələrdə hərbi məsələlərə, o cümlədən orduya xüsusi diqqət ayrılır. Bu ölkələrdə dövlət büdcəsindən yetərincə vəsait ordunun inkişafına və silahların alınmasına xərclənir. Dünyanın bəzi ölkələri xüsusi təyinatlı dəstələr, komandolar saxlayırlar. Həmin dəstələrə dünyada "ölüm komandoları" deyilir. Dünyanın ən hazırlıqlı "ölüm komandoları" arasında ABŞ, Fransa, Pakistan, İsrail, Rusiya, Avstraliya, Türkiyə, Almaniya, Kanada və Britaniya xüsusi təyinatlıları digərlərindən seçilir. 

BAKU.WS ən güclü xüsusi təyinatlılarının fotolarını təqdim edir: Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

İŞİD türk əsəgərini qaçırdı, Türkiyə əməliyyata başladı

İŞİD türk əsəgərini qaçırdı, Türkiyə əməliyyata başladı

İŞİD daha bir türk əsgərini girov götürüb. BAKU.WS məlumat verir ki, Türkiyə-Suriya sərhədində İŞİD terror təşkilatı ilə türk əsgərləri arasında atışma zamanı...

1950 Hadisə 10:50 05 sentyabr 2015

Son xəbərlər