SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Milli Mətbuat Günü şərəfinə, artıq Bakı sakinlərinə "Şəhər üzərində uçan skaydayverlər” kimi tanış olan, Red Bull Skydive komandasının üzvləri, Marko Valtenşpil və Corc Letner, Bakı televiziya qülləsindən paraşütlə atlayış ediblər.

Külək olmasına baxmayaraq, idmançılar atlayışı edib, həyəcanla dolu anlar yaşadaraq gözəl şəhər mənzərəsini göstəriblər.

Bakı televiziya qülləsi 1996-ci ildə inşa edilib və 310 metr hündürlüyundədir. Bu, Azərbaycan ərazisində və Qafqazın ən hündür dəmir-beton tikintisi sayılır.
 
BAKU.WS