SİZİN REKLAM BURADA!
055 213 76 73


  

 

Tanınmış model Zaneta Huçikova pişiyinə görə təyyarədə dava salıb.


BAKU.WS məlumat verir ki, çex model Zaneta Hucikova Las Veqasdan Frankfurta səyahət edərkən pişiyini də özü ilə aparıb. Pişiyi çantasında gizlədərək təyyarəyə keçirən Zaneta sərnişinlərin sərt reaksiyası ilə qarşılaşıb.


Ondan pişiyi ayaq yoluna qoymasını tələb ediblər. Lakin Zaneta bu təklifə qarşı çıxıb. Sərnişinlərlə mübahisə edən model xanım onları təyyarəni endirəcəyi ilə hədələyib.


Daha sonra stüardessa ilə mübahisə edən çex model ona yumruq atıb. Təyyarə məcburi eniş etməli olub. Zaneta hava limanında polislər tərəfindən saxlanılaraq immiqrasiya bürosuna aparılıb. İfadəsi alındıqdan sonra gözəl model sərbəst buraxılıb.

 
BAKU.WS