SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Filippin xalqı etiraz aksiyası keçirib.


BAKU.WS məlumat verir ki, Filippin xalqı boşanmağa qoyulan qadağa ilə bağlı qanuna dəyişiklik edilməsini tələb edir. Vatikandan sonra Filippin yeganə ölkədir ki, orda boşanmaq rəsmən qadağan edilib. Xalq boşanmağın rəsmiləşdirilməsini istəyir. Ancaq din xadimləri və siyasətçilər buna qarşıdır.

Filippində yalnız müsəlmanlar boşanma haqqına sahibdir. Müsəlmanlar da təxminən əhalinin yüzdə beşini təşkil edir. Boşanmaq üçün vətəndaşların yalnız iki çıxış yolu var: ya evliliyinə son vermədən ayrılacaq, ya da evliliyini ləğv etdirəcək. Amma belə olan halda hər iki tərəfin ikinci dəfə evlənmək şansı olmur.

Santos adlı bir vətəndaş həyat yoldaşından ayrılmaq üçün nə az nə çox 3 min dollar məbləğində pul xərcləyib. Maria adlı bir xanım isə 10  min dollar ziyana düşüb. Evliliyi ləğv etdirmək üçün həkimdən iki tərəfdən birinin psixoloji vəziyyəti ilə bağlı mütləq kağız alınmalıdır. 

Bu kimi çətinliklərlə üzləşməmək üçün Filippin xalqı boşanmaq haqqında olan qanuna dəyişiklik edilməsini, boşanmağın rəsmləşdirilməsini istəyir.

Ayşən Ayxan 
BAKU.WS