SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur cizgi film qəhrəmanı Cessika Rabbitə bənzəmək üçün 17 dəfə əməliyyat masasına uzanan isveçli model Piksie Foks yenidən həkimə müraciət edib. 

BAKU.WS "Daily Maily"-ə istinadən məlumat verir ki, Foks bu dəfə isə göz rəngini dəyişdirib. 6 qabırğasını çıxartdıraraq dünyanın ən incə belli qadını olan Foks, gözlərinin də cizgi film qəhrəmanınkına oxşamasını istəyib. Foks təbii rəngi mavi olan gözlərindən birini yaşıl etdirmək üçün Hindistana yollanıb. 

25 yaşli model uşaqlıqdan gözlərinin fərqli rəngdə olmasını istədiyini deyib.

Əməliyyatdan sonra Foksun bir gözü mavi, digəri isə yaşıl rəng olub.
 
Qeyd edək ki, Piksie Foks ümumillikdə 17 dəfə plastik əməliyyat etdirib. Piksie əməliyyatların vasitəsilə sinəsi böyütmüş, beli incəltmişdir. Üz nahiyəsində də əməliyyatlar etdirən model cizgi film qəhrəmanı Cessika Rabbitə bənzəmək üçün belə bir addım atdığını deyib. 
 
BAKU.WS