Bu gün  Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

BAKU.WS