Mayın ilk gününə olan hava proqnozu

Mayın ilk gününə olan hava proqnozu
Şou-biznes 1281

 

Mayın ilk günü Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15 dərəcə isti, gündüz 17-21 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Martın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, mülayim şima...

1070 Şou-biznes 12:39 29 fevral 2016

Son xəbərlər