Arif Quliyevin məzardaşı niyə hazırlanmır? - Nazirlikdən AÇIQLAMA

Arif Quliyevin məzardaşı niyə hazırlanmır? - Nazirlikdən AÇIQLAMA
Şou-biznes 552

Mərhum Xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün maddi imkanı olmayan ailəsi Mədəniyyət Nazirliyindən dəstək gözləsə də, bu, mümkün olmayacaq.

BAKU.WS-in məlumatına görə, nazirlikdən “yenicag.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, mətbuatda aktyorun ailəsinin maddi imkansızlığa görə Arif Quliyevin məzardaşını hazırlaya bilmədikləri və bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözlədikləri ilə bağlı xəbərlər yayılsa da, daha sonra oğlu Rövşən Quliyev açıqlama verərək yayılan xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, Xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı hələ də hazırlanmayıb.

Oxşar xəbərlər

Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”

Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”

Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...

3650 Şou-biznes 14:38 15 fevral 2019

Son xəbərlər