SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiya prezidenti Vladimir Putinin yeni sevgilisinin olması haqda məlumat yayılıb. 

BAKU.WS məlumat verir ki, 62 yaşlı Rusiya lideri ilə 39 yaşlı keçmiş boks üzrə dünya çempionu Natalya Raqozina arasında sevgi münasibəti olduğu deyilir. 
 
Rusiya prezidenti ilə Natalya arasında sevgi münasibəti haqqında iddialar keçən həftə Soçidə təşkil olunan sambo üzrə Beynəlxaq turnirdən sonra yayılıb. Putinlə Nataliya yanaşı oturub söhbət edərkən görüntüləniblər.

Rusiya mediasında yayılan şəkillərdə xanım idmançı Putinə baxaraq gülümsəyib. Bəzi saytlarda 1,70  boyu olan Putinin 1,81 boyu olan Nataliyanın yanında kiçik göründüyünü də yazılıb.

Nataliya 2009-cu ildən etibarən karyerasına son qoyub və hazırda heç bir yarışa qatılmır. Fəaliyyəti müddətində bir çox beynəlxalq turnirlərdə iştirak edib, dünya çempionu adını qazanıb.

Seksual idmançı kimi tanınan Nataliya Putinin münasibət qurduğu iddia edilən ilk idmançı deyil. Keçən il bədii gimnast Alina Kabayevanın Putindən İsveçrədə uşaq dünyaya gətirdiyinə dair şayiələr yayılmışdı.
 
Ayşən Ayxan
BAKU.WS