VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qoç - Şəxsi büdcənizdə artım olacaq. Bu istiqamətdə bütün səylərinizi birləşdirin.

Buğa - Əgər uzaq səfərə çıxmaq planınız varsa, təxirə salmayın. Maliyyə çətinliyinizi bəhanə etməyin.
 
Əkizlər - Təəssüf ki, gərgin bir gün yaşayacaqsınız. Hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.
 
Xərçəng - İşgüzar danışıqlar üçün sərfəli vaxtdır. Kimisə aldatmaq fikrinə düşməyin.
 
Şir - Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr gözlənilir. İşlə bağlı uğursuzluqlar sizi yora bilər.
 
Qız – Gün o qədər də rahat keçməyəcək. Səhhətinizlə bağlı problemlər ovqatınızı aşağı sala bilər.
 
Tərəzi - Planlarınızı təxirə salmayın. Dostlarla vaxt keçirin.
 
Əqrəb - İkitərəfli əməkdaşlıq və sövdələşmələrdə müəyyən uğurlara yiyələnə bilərsiniz. Səhhətinizə fikir verin.
 
Oxatan - Maraqlı görüşlər yolunuzu gözləyir. Sevgi məsələlərində bəxtiniz gətirəcək.
 
Oğlaq - Gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Büdcə problemləri isə hələlik həllini tapmayacaq.
 
Dolça – Riskli işlərdən yan keçin. Əmin olmadığınız insanlarla dostluq etməyin.
 
Balıq - Məqsədlərinizə çatmağınıza maneə olan insanlar var. Ancaq siz enerjinizi belə insanlara sərf etməyin.