SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Günay İbrahimli bir neçə gün öncə işğaldan azad olunan Füzuli şəhəri ilə bağlı xatirələrini sosial şəbəkə hesabında paylaşıb.

BAKU.WS xəbər verir ki, ifaçı “İnstagram” hesabında Füzulidə çəkilmiş uşaqlıq fotolarını paylaşaraq belə şərh verib:

"O illəri bir gün olsun belə unutmadım... İsti ocağımdan, yurdumdan, yuvamdan qaçdım. Ya öləcəkdik, ya da didərgin düşəcəkdik. Yaşaya bilmədiyim uşaqlığım, gözüyaşlı xatirələrim var mənim...

Babam əsir düşdü. Ailəmin çətin günləri dünən kimi yadımdadır. Elim-obam, yurdum, evim alındı əlimdən. Keçmişimi heç vaxt danmadım.

Əksinə, o illərin ağrı-acısını görmüş, uşaqlıq illəri əlindən alınmış, torpağından qovulmuş bir ailənin övladı olduğum üçün qürurluyam.

Bu günü gözləyirdim. Bu anı arzu edirdim. Bizim kimi evindən qaçan hər bir Füzuli balası, bu gün o gündür! Babam... babalar, nənələr, itkin düşmüş atalar, şəhidlər, qaçqınlar, qisasınız alındı!

Biz Füzuliyə gedirik! Bu sevinci bizə yaşatdığınıza görə, Cənab Prezident İlham Əliyev, Sizə və ordumuza sonsuz təşəkkür edirəm!"

View this post on Instagram

O illəri bir gün olsun belə unutmadım... İsti ocağımdan, yurdumdan, yuvamdan qaçdım. Ya öləcəkdik, ya da didərgin düşəcəkdik. Yaşaya bilmədiyim uşaqlığım, gözüyaşlı xatirələrim var mənim... Babam əsir düşdü. Ailəmin çətin günləri dünən kimi yadımdadır. Elim-obam, yurdum, evim alındı əlimdən. Keçmişimi heç vaxt danmadım. Əksinə, o illərin ağrı acısını görmüş, uşaqlıq illəri əlindən alınmış, torpağından qovulmuş bir ailənin övladı olduğum üçün qürurluyam. Bu günü gözləyirdim. Bu anı arzu edirdim. Bizim kimi evindən qaçan hər bir Füzuli balası, bu gün o gündür! Babam... babalar, nənələr, itkin düşmüş atalar, şəhidlər, qaçqınlar, qisasınız ALINDI ! Biz FÜZULİYƏ gedirik! Bu sevinci bizə yaşatdığınıza görə Cənab Prezident İlham Əliyev, sizə və ordumuza sonsuz təşəkkür edirəm! I have not forgotten those years. Fled from my homeland, from the place where I was born. We had one choice to make: Either we would die or exile. I have childhood memories that filled with tears. My grandpa was captured. I still remember the challenging days that my family faced like yesterday. Armenians deprived me of my homeland. I have never denied my past. Instead, I am proud to be a girl born in the family who had all the ups and downs of life. I waited for this day. I wished for this moment. Like every Fuzuli resident who fled from homeland. Today is the day! Grandpa... missing grandpas, grandmas, fathers, martyrs, refugees. Your revenge has been taken! We are going to Fuzuli! Mr. President Ilham Aliyev, I thank you and our army for giving us this joy!🇦🇿🇦🇿🇦🇿 #karabaghisazerbaijan #fuzuli

A post shared by Gunay Ibrahimli (@gunay_ibrahimli) on

BAKU.WS