VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 11-də Gəncədə gecə yatarkən yuxuda erməni terroru nəticəsində 16 yaşlı Sevil və qardaşı Hüseyn valideynsiz qalıblar.

BAKU.WS xəbər verir ki, sözügedən uşaqlar hazırda psixoloji dəstək alırlar. Psixoloq Xatirə Səfərova Hüseynin son görüntülərini sosial şəbəkə hesabında paylaşaraq bu sözləri qeyd edib:

“Hüseynin hər sözünün əvvəli və axırı anası ilə hər hansısa bir yolla kontakt qurmaqdır. Nəticədə təxəyyülündə özündən birini də Marsda yaradır.

Marsda olan Hüseyn anası ilə birlikdədir, yerdə olan Hüseyn isə bacısı Sevilin yanındadır. Hüseyn anası ilə danışmaq üçün hansısa bir aparat icad etmək istəyir və bunun üçün ona gözəl bir pişik lazımdır.

Həm sevindim heyvan sevgisinə və həm də fantaziyasının məntiqinə heyran oldum. Dolayı yolla gözəl bir pişiyi sevib ona anasının özünə ötürdüyü sevgini ötürməkdir. Analizim çoxşaxəlidir, lakin kağız üzərinə sığmaz. Analar anlayar!”

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO