Tanınmış müğənni-bəstəkar Emin Leyla Əliyevanın qızı ilə yenidən bir araya gəlib.

BAKU.WS məlumatına görə verir ki, müğənni sosial şəbəkədə Əminə ilə yeni fotolarını paylaşıb. Fotolardan birində Əminə ilə bərabər əkizlərdən biri də yer alıb. Digər fotoda isə Emin Əminəylə bərabər maşın idarə edir. 
 
Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Leyla Əliyeva və Emin Ağalarov ötən ilin may ayında boşandıqlarını Instagram hesablarından elan ediblər.
 
BAKU.WS