13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyava ad günü münasibətilə onu təbrik edənlərin hamısına minnətdarlığını bildirib. 
 
BAKU.WS Azərbaycanın birinci xanımının təşəkkür məktubunu təqdim edir:

"Ad günüm münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif regionlarından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığım çoxsaylı təbriklər üçün hamınıza səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza "Çox sağ olun” deyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox mütəəssir etdi.

Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun.

Artıq uzun illərdir ki, mən həyatımın ən müxtəlif məqamlarında sizin dəstəyinizi hiss edirəm. Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir.

Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm.
Əziz dostlar!

Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamınıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və məhəbbət arzu edirəm.

Məhəbbətlə,

Mehriban Əliyeva"
 
ŞAHİN Həbibov
BAKU.WS