"Şakro Molodoy"un sağ əli olan "qanuni oğru"nu döyə-döyə öldürdülər - FOTO

25
sen
2020
15:27
Kriminal aləmdə nüfuz sahibi olan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun ən yaxın adamlarından olan gürcü əsilli "qanuni oğru" Kaxaber Parpaliya (Kaxa Qalski) ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə "primecrime.ru" portalı yazıb.
Bildirilir ki, Kaxa Qalskinin ölüm səbəbi kimi ürək tutması göstərilib. Lakin "qanuni oğru"nun Omsk vilayətindəki hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verərkən işgəncələrə məruz qaldığı və bu səbəbdən öldüyü də iddia olunur.
45 yaşlı Kaxaber Parpaliyanın yaxınlarına onun cəsədini dəqiqləşdirmək və fotoşəkil çəkmək imkanı verilib.

Oxşar xəbərlər
“Lotu Quli”nin qardaşı hücuma keçdi: Kriminal dünyada böyük savaş başlayır
Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı, 2013-cü ildə kriminal iyerarxiyanın ali tituluna layiq görülən və hazı...