Bakıda 39 yaşlı kişi güllələndi

16
sen
2020
23:02
Bakının Xəzər rayonunda güllələnmə hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, Ç.Mustafayev küçəsində 1981-ci il təvəllüdlü Allahverdiyev Nəcəf Oqtay oğlu tanıdığı şəxs tərəfindən tir tüfəngi ilə vurulub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu nahiyəsinin aşağı üçdə birinin dərin keçən yarası diaqnozu qoyulub.
Oxşar xəbərlər
Bakıda 32 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Hacıyev...