SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verildiyi kimi azərbaycanlı “Qanuni oğru” tanınmış mafiya lideri “Lotu Quli” ləqəbli Nadir Səlifov oteldə yemək zamanı yaxın dostu tərəfindən başından silahla vurularaq öldürülüb.

Lakin bu qətl hadisəsi digər kriminal avtoritetlərin öldürülməsi səhnəsi ilə, demək olar, eyni idi. Hadisələr eyni ssenari üzərində qurulmuşdu.

Qeyd edək ki, N.Səlifov 4 il öncə Beşiktaşda “Ruh” ləqəbli Rövşən Canıyevin öldürüməsində səbəbkar olub.

BAKU.WS xəbər verir ki, məsələ Türkiyədə böyük müzakirələrə səbəb olub.

Türkiyə mətbuatının yazdığına görə, Rusiya, Azərbaycan və Gürcüstan cinayət təşkilatlarının mərkəzində olduğu mafiya müharibəsi, "Ded Xasan" ləqəbli “Qanuni oğru” Aslan Usoyanın öldürülməsi ilə başlayıb.

A.Usoyan rus mafiyasının ən nüfuzlu simalarından biri olub. Yaxın Şərqdəki terror təşkilatlarına qarşı silah tədarüklərində də adının hallandığı bildirilib.

“Ded Hasan” 16 yanvar 2013-cü ildə Moskvada bir restoran çıxışında snayper atəşi ilə öldürülüb. “Lənkəranski” ləqəbli, Azərbaycanın nüfuzlu mafiya liderlərindən biri olan Rövşən Canıyevin ölümündə səbəbkar olub.

Lənkəranski Rusiyadakı azərbaycanlıların sevimlisi idi. 17 avqust 2013-cü ildə Başakşehirdə Əli Həmidov adlı bir azərbaycanlı iş adamı öldürülüb. Həmidov öləndə sevgilisinə Rövşən Canıyevin adını verib.

Lakin Canıyev “Rövşən Əliyev” adlı saxta sənəddən istifadə edərək məsuliyyətdən yayınmağı bacarıb. Canıyev 17 avqust 2016-cı ildə Beşiktaşda “Tsipa” ləqəbli Timur Nemtsitsevirde və Dato Çuradze ilə görüşüb. Rövşən Lənkəranski çıxışda 65 güllə ilə öldürülüb.

“Ded Xasan”ın qisası alındı. Rövşən Canıyev böyük mərasimlə dəfn edildi.

Adamları və qohumları qisas almaq üçün bir neçə dəfə hərəkətə keçdi. Növbəti hədəf “Lotu Quli” ləqəbli Nadir Səlifov idi. 2017-ci ilin noyabrında və 2020-ci ilin fevralında etdikləri hücum planlarının Türkiyə polisləri tərəfindən qarşısı alınıb.

3 gün əvvəl Canıyevin öldürülməsinin 4-cü ili idi. Bu dəfə qətl xəbəri Antalyadan gəldi.

R.Canıyevin ölümündə günahlandırılan Səlifov öldürüldü.

Hazırda polis bu qətlin sonuncu qisas hadisəsi olub olmamasını araşdırır.

BAKU.WS