SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı avtoritet "Lotu Quli"nin (Nadir Səlifov) Türkiyədə saxlanılma səbəbi açıqlanıb.

BAKU.WS 
Türkiyə KİV-ə istinadən xəbər verir ki, Səlifovun telekonfransla Rusyadaki iş adamlarından xərac aldığı iddia edilir.

Onun barəsində Rusiya mətbuatında, daha dəqiq desək, Rembler.ru saytında "Türkiyədəki oğru Rusiyadan xərac toplayır" başlıqlı yazıda diqqət çəkən məqamlar ortaya çıxıb və İstanbul polisi hərəkətə keçib.

Digər iddiaya görə, Nadir Səlifov 2016-cı ildə qətlə yetirilən digər azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Rövşən Caniyev) qətlinin şifarişində şübhəli bilinir.

Türkiyə mətbuatının yazdığına görə, Nadir Salifov (Lotu Quli) rəqibinin ölümündən sonra Rövşən Caniyevin nəzarətindəki bölgələri ələ keçirib.

16.11.2017 tarixində Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və "Şirinlər” dəstəsinin 9 üzvü də həbs olunmuşdu. Azərbaycanlı polkovnikin 2016-cı ildə Beşiktaşda güllələnərək qətlə yetirilən qardaşı Rövşənin qisasını almaq üçün Şirinlər dəstəsinə 5 milyon dollar verdiyi bildirilirdi.

Digər tərəfdən "Loti Quli”nin Fransanın Tuluza şəhərində yaşayan və özünü "Opasnı Roma" kimi qələmə verən Azərbaycan vətəndaşı Rahim Namazovun ailəsi və özünün güllələnməsində də adı hallanır. Artıq Nadir Səlifovun qardaşı Namik Səlifov da axtarışa verilib.

Bütün yuxarıda sadaladığımız cinayət hadisələri ilə bağlı da araşdırma aparılır və Nadir Səlifovdan izahat alınıb.

Dindirilmə bitdikdən sonra şübhəlinin Azərbaycana göndəriləcəyi bildirilir.

BAKU.WS