SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəydə əmisini qətlə yetirən şəxsin polis əməkdaşı olduğu məlum olub. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, A.İsgəndərov sabiq polis əməkdaşıdır: "Arzu İsgəndərov əvvəl polis olub, hazırda o, polis əməkdaşı deyil". 

Qeyd edək ki, ötən gün A.İsgəndərov torpaq üstündə əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib, S.İsgəndərova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən A.İsgəndərov saxlanılıb. 

BAKU.WS