Balakəndə “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO

Balakəndə “Valiko Həsrət” ləqəbli narkobaron saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
Daxil olmuş məlumat əsasında rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37, 129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.
Kriminal aləmdə “Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Yorğanın içində narkotik çıxdı- FOTO
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticə...