Bakıda ev alqı-satqısı ofisinə basqın olub

Bakıda ev alqı-satqısı ofisində quldurluq edilib.
BAKU.WS “report”a istinədən xəbər verir ki, hadisə yanvarın 7-də saat 18 radələrində, paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1968-ci il təvəllüdlü V.Nəbiyev ev alqı-satqısı ofisində olan zaman 1954-cü il təvəllüdlü Ə.Məmmədov tərəfindən bıçaqla hədələnərək 500 manat pulu və mobil telefonu quldurluq yolu ilə ələ keçirilib.
Daha sonra V.Nəbiyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda “kimyagər” narkobaron saxlanılıb
Bakıda “kimyagər” narkobaron saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin (R...
