Bakıda 30 yaşlı sürücünü öz "Niva"sında güllələdilər - FOTO

Bakıda 30 yaşlı sürücünü öz Nivasında güllələdilər - FOTO
Hadisə 688

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, "Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb.

İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

Bakıda 30 yaşlı sürücünü öz

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər