SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir sakini mübahisə zəmnində qohumunu bıçaqlayıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Zəyəm-Cırfaxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963 cü il təvəllüdlü Fərhad Məmmədov Manaf İsmayılov adlı şəxsin həyətində qohumu 22 yaşlı Mayıl İsmayılovla mübahisə edib.

Nəticədə əsəblərinə hakim ola bilməyən Fərhad Məmmədov Mayıl İsmayılovu bıçaqlayıb. Kürək nahiyyəsindən bıçaq yarası alan sonuncu ətrafdakı insanların yardımı ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Hüquq mühafizə orqanı əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Fərhad Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma başlanılır.

BAKU.WS