VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə axtarışda olan şəxsin vəfat etdiyi məlum olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 22-də rayon ərazisindəki evlərin birindən 2259 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Ü.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi olan digər şəxslə, 1987-ci il təvəllüdlü Ələkbərov Rəşad Mikayıl oğlu bir mağazadan 300 manat, orada quraşdırılmış ödəmə terminalından isə 456 manat oğurlaması da müəyyən edilib. Onun bu il vəfat etdiyi bildirilir.
BAKU.WS