SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son zamanlar - xüsusilə son günlərdə qadınlara qarşı törədilən vəhşicəsinə cinayətlərin və zorakılıqların sayı artıb.

BAKU.WS xəbər verir ki, bu hadisələrin bir çox ər tərəfindən törədilsə də, bəzi hadisələr qaynata, qaynana və yaxın qohumların iştirakı ilə baş verib.

Müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən maarifləndirmə layihələri həyata keçirilsə də qadınlara qarşı zorakılıq halları, xüsusən də amansızlıqla törədilən cinayətlərin sayı artıb.

O cinayətlərdən bir neçəsini xatırlayaq:

***
7 oktyabrda Binəqədi rayonu, Beynəlxalq Avtovağzalının yaxınlığında 33 yaşlı Nicat Əmmədov həyat yoldaşı Leyla Məmmədovanı iki azyaşlı uşağı və atasının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.



***
Daha bir hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanın üzərinə benzin tökərək onu yandırıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.


***
Goranboyda isə qadına qarşı zorakılıq  bir qadın tərəfindən törədilib. 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. Qadın qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb.

Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.


***
Daha bir amansız cinayət Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib. Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov gəlini, 4 azyaşlı uşaq anası, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.


***
Bakının Xətai rayonunda isə gəlin qaynanasını qətlə yetirib. Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb.

Bu amansız cinayətlər əhali arasında ciddi narahatlığa səbəb olub. Sosial mediada #QadınaŞiddətəSon həştəqi ilə birləşən istifadəçilər insanlar öz etirazlarını ifadə ediblər. Onlar cinaətlərin qarşısnın alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər.

Bundan başqa, hüquq müdafiə təşkilatlarına da insanlara hüquqi dəstək vermələri üçün çağırışlar edilib.

Fərid ƏDALƏT
BAKU.WS