SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Cəfərli Nihat Ceyhun oğlu bir neçə bıçaq yarası ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumatlara görə hadisəyə səbəb N.Cəfərlinin tanışı ilə aralarında yaşanan mübahisə olub.

Belə ki, yeniyetmələr salam vermək üstündə mübahisə edib. Sonradan mübahisə davaya çevrilib.

Nəticədə tanışı N.Cəfərliyə bıçaqla xəsarət yetirib.

Keçirilən əməliyyatla hadisəni törədən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS