VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb

BAKU.WS APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, Cəlal Mehdiyev ötən il həbs edilib. Məlum olub ki, o, sosial şəbəkədə qadınları aldadaraq onları fahişəliyə cəlb edib. Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə 5 zərərçəkən şəxs var.

C. Mehdiyevə 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham verilib.
BAKU.WS
QALEREYA