VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanunsuz olaraq odlu silah saxlama və satmaqda təqsirləndirilən Akif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, uzun müddət axtarışda olan A. Rüstəmov ötən ilin fevralında Moskvada həbs olunub. O, Rusiyada mütəşəkkil cinayətkar dəstənin lideri kimi tanınır. A. Rüstəmova qarşı Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, A.Rüstəmov kriminal avtoritet kimi tanınıb.
BAKU.WS