Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb.

Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk dəfə “Cəlilabadda DƏHŞƏT! 27 yaşlı oğlanı taksidə döyüb öldürdülər” adlı linkdə məlumat vermişdik.

BAKU.WS