Gənc oğlanı “Nizami” metrosu yaxınlığında vəhşicəsinə öldürən şəxslər saxlanıldı – VİDEO

Gənc oğlanı “Nizami” metrosu yaxınlığında vəhşicəsinə öldürən şəxslər saxlanıldı – VİDEO
Video
Hadisə 7482
Əsgərlikdən təzə gələn gənci “Nizami” metrosu yaxınlığında bıçaqlayıb öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Belə ki, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Qeyd edək ki, hadisə ilə əlaqədar ilkin məlumatı “Əsgərlikdən təzə gələn gənci “Nizami” metrosu yaxınlığında bıçaqlayıb öldürdülər – VİDEO, FOTO” xəbər linkindən oxuya bilərsiz. BAKU.WS

Oxşar xəbərlər

Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanılıb

Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanılıb

Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb.DİN Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini...

681 Hadisə 18:42 20 noyabr 2018

Son xəbərlər