Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı
Hadisə 732

Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Bildirilir ki, Saatlı rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbirlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

RPŞ-də araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Sosial şəbəkədə dələduzluq edən şəxs tutuldu

Sosial şəbəkədə dələduzluq edən şəxs tutuldu

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata...

641 Hadisə 14:28 09 noyabr 2018

Son xəbərlər