SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda 10 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.


Məhkəmənin hökmü ilə S.Əfəndiyev 10 il azadlıqdan məhrum edilib.


İttihama görə, Seyfəddin Əfəndiyev yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki evinin həyətində azyaşlı qohumunu zorlayıb.


Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər törətmə) maddəsi ilə ittiham edilib.


BAKU.WS