SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xəzər rayonunda qətl törədilib.

BAKU.WS
APA TV-yə istinadən xəbər verir ki, qanlı hadisə Mərdəkan qəsəbəsindəki bağ evlərinin birində baş verib.

Qətlin üstü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin müfəttişləri tərəfindən açılıb. Belə ki, Mərdəkan qəsəbəsində xidmət zamanı polis əməkdaşları "Range Rover" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Ancaq özünü şübhəli aparan sürücü buna məhəl qoymayıb.

Sonradan avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı isə müfəttişlər onun salonunda qan içərisində olan yaşlı qadınla kişini aşkar edib. Müəyyən edilib ki, onlardan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu yaralı vəziyyətdə olub, qadın isə artıq dünyasını dəyişibmiş. A.Şuşalı təcili xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.

Orta yaşlı sürücü özü saxlanılaraq Xəzər polisinə təhvil verilib. İlkin məlumata görə, həmin sürücü A.Şuşalının evində bağban işləyirmiş. Ev sahibi onu işdən azad edən zaman bağban yaşlı ər-arvadı öldürmək qərarına gəlib. Onların hər ikisinin öldüyünü zənn edən cinayətkar elə A.Şuşalının öz avtomobili ilə meyitləri gözdənuzaq bir yerdə basdırmaq istəyib.

Qeyd edək ki, Arzu Şuşalı əməkdar həkimdir.

BAKU.WS