SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskva məhkəməsi Rusiya mafiyasının "xaç ata”sı Zaxari Kalaşov haqda qərar çıxarıb.

BAKU.WS "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, kriminal aləmdə "Şakro Maladoy” ləqəbilə tanınan qanuni oğru Moskvanın Nikulin

Rayon Məhkəməsində 9 il, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb.

Kalaşovun yaxın adamı, "İtalyan” ləqəbli Andrey Koçuykov isə 8 il, 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2013-cü ildə Aslan Usoyan (Ded Xasan) öldürüldükdən sonra Rusiya kriminalitetinə Kalaşov başçılıq edirdi.

Nihat HÜSEYNZADƏ
BAKU.WS