VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kriminal aləmin kralı, yaxud "kralların kralı" kimi tanınan "Şakro Molodoy" ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun yaşadığı və həbs olunduğu villa zövqsüzlüyün, "pullu, amma yoxsul" həyatın təcəsssümü sayıla bilər.

Milli.Az bildirir ki, Zaxari Kalaşov Federal Təhlükəsizlik Xidmətinin və DİN-in əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb. Onu iki nəfərin ölümündə, bir neçə nəfərin yaralanmasında şübhəli hesab edirlər.

Zaxari Kalaşov məşhur kriminal avtoritet "Ded Xasan"ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb. İspaniyada 9 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan "Şakro Molodoy" (hərçənd ki, bu ləqəbi gəncliyində alan "vor zakon" artıq  gənc deyil) "Ded Xasan" ləqəbli Aslan Usoyanın qruplaşmasının liderinə çevrilib. Məhz onun keçirdiyi "sxodka"da azərbayanlı kriminal avtoritet "Rövşən Lənkəranski" "Ded Xasan"ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.

63 yaşlı Zaxari Kalaşov yezidi kürddür, əslən Tiflisdəndir. Onun "Ded Xasan"ın ölümündə əli olduğu da iddia edilir. Belə ki, Kalaşovun 2006-cı ildə İspaniyada həbs olunmasından sonra onun biznesi uğrunda Aslan Usoyanla "Taro" ləqəbli Tariel Oniani arasında mübarizə başlanmışdı.
 
BAKU.WS