SİZİN REKLAM BURADA!
055 213 76 73


İnterpolun axtardığı Serbiyanın məşhur "kriminal avtoritet"i İstanbulda öldürülüb.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, ölkəsində qırmızı bülletenlə axtarışda olan "Skaljari" (Serbiyada qəsəbə) bandasının lideri Yovica Vukotiç İstanbulun Şişli rayonunda avtomobili ilə gedərkən silahlı hücuma məruz qalıb. Həmin vaxt yeraltı dünyasının məşhurlarından olan Yovica Vukotiçin sevgilisi və uşaqları da yanında olub.

Motosikletlə avtomobilə yaxınlaşan silahlı şəxs 5 dəfə atəş açıb, nəticədə Vukotiç sevgilisinin və övladlarının yanında aldığı güllə yaralarından ölüb. Məlumatda bildirilir ki, güllələrdən dördü Yovica Vukotiçə dəyib.

Qeyd edək ki, Vukotiçin sui-qəsd nəticəsində öldürülmüş Serbiyanın Baş naziri Zoran Cinciçin qatili Luka Bojoviçlə yaxın dost olduğu iddia edilirdi.

BAKU.WS