SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ata ocağı" serialının baş qəhrəmanı Nazim dayı obrazını yaradan aktyor Qurban İsmayılov ekran işinin ən təsirli səhnəsindən söz açıb.

BAKU.WS xəbər verir ki, aktyor həmin səhnədə rəqs etmək istəmədiyini deyib:

"Qızım toy ərəfəsində vəfat edir. Rüfət Şahbazov dedi ki, tabutun qarşısında rəqs etməlisən. Mən etiraz etdim. O isə təkid etdi. O, tədbirlərin birində məni "Ləzginka" oynayan görmüşdü. Yəni mən "Ləzginka" oynayanam. Dedi ki, biz o musiqini verəcəyik, sən rəqs et. 

Dedim oynamıram. Yalvar-yaxar etdi, əl çəkmədi. "Yaxşı, amma babalı sənin boynuna" deyib, rəqs etdim. Bir aktyor kimi mənə verilən tapşırığı yerinə yetirdim. 

İndi o səhnədən hələ də danışılır, hələ də "Youtube"da izlənilir. Bu dərəcədə təsirli alınacağını gözləmirdim".

Aysel
BAKU.WS
VİDEO