SİZİN REKLAM BURADA!
055 213 76 73



Treyleri təqdim olunarkən intim səhnələri ilə səs-küyə səbəb olmuş "Dalan" filminin qala gecəsi baş tutub.

BAKU.WS  xəbər verir ki, gecədə çıxış edənlər son zamanlar komediyaya olan axına baxmayaraq filmin istehsalçıları risk edərək dram janrında film istehsal etmələrini alqışlayıblar.

Film gecəyə qatılanlar üçün nümayiş olunub.

Filmdəki hadisələr bir-birilərinə tanış olan iki fərqli ailədə cərəyan edir. Bu fərdlər kənardan xoşbəxt görünsələr də, diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhrəmanları “Dalan”a gətirib çıxarır. 



Azərbaycan milli mentalitetinin ağır tərəflərinin əks etdirildiyi filmin qəhrəmanları özündən yaşca böyük şəxslərlə ailə quran Arzu və Yusifdir.
İllərdir iş adamı olan ərinin əsarətində yaşayan, universitet bitirsə də, bir çox azərbaycanlı ailələrdə olduğu kimi "ər çörəyi"nə məhkum edilən Arzu sıxıcı evlilik yaşayır. Əri onu başqası ilə aldadır, ona evdə qulluqçu kimi yanaşır.

Sevinc Əliyeva filmdə sadə azərbaycanlı xanımını gözəl şəkildə canlandırmağı bacarıb. Səs tembri isə buna tam icazə verib.

Yusif isə az qala anası yaşda olacaq bir qadınla evlidir. Bu obrazı isə Münəvvər Əliyeva canlandırıb.

Ziya Ağanın həyat verdiyi Yusif isə təhsilli, arvadının sayəsində nüfuza sahib olmuş bir şəxsdir. Qorxaq biri olsa da, qonaq olduğu evdə Arzunun təlatümlü, ürkək və həbs olunmuş halı onu cəlb edir.

Filmin quruluşçu rejissoru Rüstəmzadə Elvin, ssenari müəllifi Səbinə Əhmədlidir.

Baş rollarda Ziya Ağa, Sevinc Əliyeva, Oktay Mehtiyev, Manaf Dadaşov, Rasim Cəfər və Münəvvər Əliyeva çəkiliblər.

Rollarda Türkay Cəfərli, Kamil Nazim, Asiman Ağa Rövşən, Güşvər Şərif, İlahə Həsənova, Arzu Abdul, Şəhla Əliqızı, Etibar İbadullayev

"Dalan" 4 apreldən kinoteatrlarda nümayiş olunur.

Ekran işinin bütün hüquqları "Rustamzade Film" şirkətinə məxsusdur.

Aysel
BAKU.WS